Bizim binanın üst mərtəbəsindəki sakin mansard tikərək mənzilini genişləndirib. Mən və digər qonşular dam ortaq sahədir deyə narazıyıq. Bu vəziyyətdə hansı hüquqlarımız var?
Sayt administrasiyası
14.01.2025
cavabın tarixi: 14.01.2025
Çoxmərtəbəli binanın damı ümumi mülkiyyət sayılır. Hər hansı fərdi mansard tikintisi üçün binadakı digər mülkiyyətçilərin və dövlət orqanının icazəsi tələb edilir. Əgər bu icazə alınmayıbsa, siz məhkəməyə müraciət edərək tikilinin sökülməsini və ya qanuniləşdirilməsi üçün prosedurların aparılmasını tələb edə bilərsiniz. Məhkəmə qərarı əsasında qanunsuz tikili aradan qaldırıla bilər.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Yeni tikilən premium binada avtomobil dayanacağı olacağı deyilib. İndi isə binanın mühafizəçisi yerə görə ayrıca haqq yığır. Mənim o yerə ödənişsiz giriş hüququm varmı?
Mənim bir mənzilim var və artıq ipoteka ilə yüklüdür. İndi başqa bankdan eyni evi girov göstərməklə təkrar kredit almaq istəyirəm. Bu mümkündürmü, yoxsa riskləri çoxdur?
Mən həyətyanı sahəmdə əlavə tikili aparmaq istəyirəm, lakin icazə məsələləri ilə bağlı narahatam. Qonşularım bəzi hallarda heç bir sənədsiz tikintilər aparırlar, ancaq bu, sonradan problem yarada bilər. Tikinti aparmadan əvvəl hansı sərəncam və ya icazə sənədlərini əldə etməliyəm ki, gələcəkdə cərimələr və ya sökülmə riski olmasın?
Bank tikinti layihəsi üçün kredit verir. Amma bankın şərtləri arasında tikinti icazəsi, layihə təsdiqi tələb edilir. Bu proses niyə bu qədər uzanır və kimdən nə almaq lazımdır?
Evlilikdən əvvəl mənzil almışam və öz adıma sənədləşdirmişəm. Evləndikdən sonra yoldaşım deyir ki, bu ev artıq bizim ortaq əmlakımızdır. Doğrudanmı o pay sahibi ola bilər?