cavabın tarixi: 21.12.2024
Elektron imza haqqında qanuna uyğun istifadə edilən gücləndirilmiş e-imza, adi yazılı imzaya bərabər tutulur. Müqavilənin e-imza ilə təsdiqlənməsi tam hüquqi qüvvəyə malikdir. Məhkəmədə bu imzanın həqiqiliyi texniki ekspertizayla sübuta yetirilə bilər. Yəni kağız üzərində olmaması problem deyil, əsas odur ki, e-imza qanuni şəkildə tətbiq edilsin.