cavabın tarixi: 23.11.2024
Hər institutun öz qaydaları, xərclər cədvəli və hakim heyəti seçmə mexanizmi var. ICC (Beynəlxalq Ticarət Palatası) dünyada ən məşhur arbitraj mərkəzlərindəndir. LCIA (London Beynəlxalq Arbitraj Məhkəməsi) də geniş tanınır. İstanbul Arbitraj Mərkəzi regionda yeni, amma dinamikdir. Seçimdə əsas meyar: nüfuz, xərc, coğrafi əlçatanlıq, dil, mübahisənin spesifik aspektləri və institusional təcrübədir.