cavabın tarixi: 27.12.2024
Mülkiyyət hüququnuz varsa, torpağı ipotekaya qoymaq mümkündür. Bank ipotekanı qəbul etdikdə torpağın dəyərini qiymətləndirmə ekspertizası aparır. Notarial qaydada ipoteka müqaviləsi bağlanır, sonra da Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata salınır. Əgər gələcəkdə borc ödənməsə, bankın torpağı hərracla satmaq hüququ var.