cavabın tarixi: 02.12.2024
Qeyri-leqal işçi çalışdırma əmək və vergi qanunvericiliyinin pozuntusudur. Əmək Müfəttişliyi və Vergi Xidməti tərəfindən yoxlanarsa, hər işçi üçün inzibati cərimə tətbiq edilə bilər. Aqrar sahədə olsa belə, əmək müqaviləsi bağlanmalı, sosial sığorta haqları ödənilməlidir. Mövsümi işlər üçün qısamüddətli müqavilələr tərtib edə bilərsiniz. Bunlar edilməzsə, cərimə və başqa sanksiyalarla qarşılaşma ehtimalı var.