cavabın tarixi: 27.11.2024
Çay yetişdirməyin özünəməxsus lisensiya tələbi yoxdur, lakin torpağın kənd təsərrüfatı təyinatlı olması vacibdir. Toxum və ya ting idxalı üçün fitosanitar qaydalara əməl etmək, idxal sertifikatı almaq lazımdır. Kənd Təsərrüfatı Nazirliyinin və bitki mühafizəsi qurumlarının tələblərinə uyğun hərəkət etməlisiniz. Əkilən məhsulun istehsalı və satışı zamanı müvafiq vergi və qeydiyyat öhdəlikləriniz də olacaq.