cavabın tarixi: 30.10.2024
Bu, daha çox ticarət qaydaları sahəsidir. Lakin kənd təsərrüfatı istehsalçısı kimi bazarda yer götürəndə bazar rəhbərliyi ilə icarə müqaviləsi bağlayırsınız. Fərqləndirici sertifikatınız (məsələn, orqanik) varsa ayrıca stend tələbləri ola bilər. Lisenziya adətən ehtiyac olmur, amma VÖEN və ya hüquqi statusunuz olmalıdır. Sağlamlıq, sanitar tələblər Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanır.