Valideynin içki düşkünlüyü uşağın himayəsini dəyişdirə bilərmi? - Vakillar-az.com
  • Ana səhifə
  • Suallar
  • Valideynin içki düşkünlüyü uşağın himayəsini dəyişdirə bilərmi?

Valideynin içki düşkünlüyü uşağın himayəsini dəyişdirə bilərmi?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
6

02.01.2025

Həyat yoldaşım alkoqol asılılığı yaşayır, uşağa yaxşı baxa bilmir. Boşanmadan sonra uşaq məndə qalmalıdır, amma yoldaşım da öz iddiasını bildirir. Məhkəmə içki düşkünlüyünü əsas götürə bilərmi?

Sayt administrasiyası 04.01.2025
cavabın tarixi: 04.01.2025

Bəli, məhkəmə uşağın sağlamlığı və mənafeyi üçün valideynin həyat tərzinə, alkoqol, narkotik kimi zərərli vərdişlərə diqqət edir. Əgər bir valideynin asılılığı uşağın inkişafına zərər verirsə, məhkəmə uşağı digər valideyndə yerləşdirmək qərarına gələ bilər. Sübut kimi tibbi arayışlar, şahid ifadələri önəmlidir. Uşaq artıq digər valideyn üçün daha təhlükəsiz mühit sayılarsa, məhkəmə onun lehinə qərar çıxarır.

Mahmudova Təhminə Məhəmməd qızı Premium

Mahmudova Təhminə Məhəmməd qızı

Qiymət:
5
Rəylər:
2 rəyin
Hamısını genişləndirin
  • Vəkil
  • Bakı
Fəaliyyət göstərdiyi vəkil qurumu: Union Vəkil Bürosu Bildiyi xarici dillər : Xarici dil biliyi yoxdur
2
0

Похожие вопросы

Keçmiş həyat yoldaşından aliment ala bilərəmmi?

cavab yoxdur
03.11.2024
Evliliyimiz dağılandan sonra uşaqların xərclərini demək olar ki, təkbaşına qarşılayıram. Keçmiş həyat yoldaşım nə maddi yardım göstərir, nə də uşaqlarla maraqlanır. Mən aliment tələb edə bilərəmmi və hansı proseduru izləməliyəm, məhkəməyə müraciət etmək mənə nə dərəcədə kömək edər?
0
0
5

Boşanma

1 cavab
25.06.2025
Salam əyər məhkəmə tərəfindən boşanma olmasa aliment ödəməliyəmmi
0
0
32
Hamısını göstər