cavabın tarixi: 21.11.2024
Nikahsız doğulan uşağın atası könüllü razılaşsa, Qeydiyyat şöbəsində (ASAN Xidmət) atalıq haqqında ərizə imzalayıb uşağın atasını təsdiqləyə bilər. Əgər imtina edirsə, məhkəməyə atalıq iddiası ilə müraciət etmək lazımdır. Məhkəmə lazım gələrsə DNT ekspertizası təyin edir. Atalıq sübut olunarsa, uşağın soyadı, aliment və s. məsələlər qanuni tənzimlənir.