cavabın tarixi: 10.11.2024
Ailə qanunvericiliyi nikah dövründə əldə edilən əmlakın ümumi birgə mülkiyyət sayıldığını göstərir. Sənədlər kimin adına olsa da, əsas odur ki, əmlak nikah müddətində ortaq vəsaitlə alınıbsa, hər iki tərəfin payı var. Boşanmada bu əmlak dəyərinə görə bölüşdürülür. Sizin adına rəsmiləşməsi yetərli deyil, məhkəmə qadın/kişi payını təyin edə bilər.