cavabın tarixi: 13.12.2024
Xarici dövlət nömrəli avtomobillər gömrükdə müvəqqəti idxal qaydası ilə ölkəyə buraxılır. Müddət adətən 90 gün və ya 1 il ola bilər, bu, ikitərəfli müqavilələrə və gömrük qanunlarına bağlıdır. Qaydalara əsasən o müddət bitəndə ya avtomobil ölkədən çıxarılmalı, ya da gömrük rüsumları ödənilərək qeydiyyatdan keçirilməlidir. Əks halda cərimə və müsadirə tədbirləri gündəmə gələ bilər.