cavabın tarixi: 09.01.2025
Əqli mülkiyyət hüququ sahibləri gömrük orqanında öz əmtəə nişanını, patenti və s. qeydiyyatdan keçirə bilər. Bu halda, gömrük malları yoxlayarkən, şübhəli əşyaları saxlayır və sahibinə bildirir. Sahib təsdiqləsə ki, saxtadır, onda mallar müsadirə edilir və gətirənə qarşı inzibati və ya cinayət işinə başlanır. Bu mexanizm saxta brend məhsulların bazara daxil olmasının qarşısını almağa xidmət edir.