cavabın tarixi: 08.01.2025
Könüllü ləğvetmə qərarını səhmdarların ümumi yığıncağı və ya iştirakçılar qəbul edir. Ləğv komissiyası təyin edilir, dövlət orqanında (Vergi Xidməti) qeydiyyata verilir. Kreditorlara bildiriş verilir, borclar ödənilir, qalan əmlak iştirakçılar arasında bölüşdürülür. Əlavə olaraq ləğv bəyannaməsi hazırlanır, vergi borcu yoxdursa, dövlət sicilində ləğv qeydi aparılır. Bu proses orta hesabla 3-4 ay çəkir.