cavabın tarixi: 06.11.2024
Əgər tender sənədlərində və ya müqavilədə bununla bağlı bənd yoxdursa, müqavilə imzalandıqdan sonra yeni tələblər irəli sürmək qanuna zidd ola bilər. Yeganə halda, könüllü razılaşma və ya müqavilədə “zəruri hallarda əlavə sığorta” maddəsi varsa, tələb məqbul sayıla bilər. Qanunun ümumi prinsiplərində sonradan birtərəfli şərt artırmaq qadağandır. Sizin razılığınız olmadan məcbur edə bilməz.