cavabın tarixi: 29.11.2024
Bonus və sadiqlik proqramları real mal və xidmətə tətbiq olunan endirim və bonuslardırsa, qanuni ola bilər. Təhlükə odur ki, yeni adam gətirməklə əsas gəlir qazanırsınızsa və məhsul alınmasa da gəlir təmin edilirsə, bu piramidadır. Yəni bonuslar ancaq məhsul satışına və real müştəri alışına bağlı olmalıdır. Əgər sistemin fokusunda daha çox ‘yeni üzv gətir, pul al’ dayanırsa, ehtiyatlı olmaq lazımdır.