Rəqabət hüququ praktikasında cinayət məsuliyyəti varmı? - Vakillar-az.com

Rəqabət hüququ praktikasında cinayət məsuliyyəti varmı?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
1

15.12.2024

Bir çox hallarda cərimələrlə kifayətlənilir. Bəs daha ağır nəticəli kartel və ya inhisar pozuntusu olduqda şirkət rəhbərliyi cinayət məsuliyyətinə cəlb oluna bilərmi?

Sayt administrasiyası 20.12.2024
cavabın tarixi: 20.12.2024

Azərbaycanda hələlik rəqabət pozuntularına görə spesifik cinayət normaları məhdud tətbiq edilir. Lakin ciddi fırıldaq, saxtakarlıq, korrupsiya və ya vergidən yayınma kimi hallarla əlaqədədirsə, Cinayət Məcəlləsi üzrə məsuliyyət yarana bilər. Bir çox ölkələrdə kartel razılaşması cinayət hesab edilir. Bizdə daha çox inzibati ölçülər var, ancaq bəzi hallar cinayət tədbirinə səbəb olur.

Похожие вопросы

Ticarət assosiasiyaları rəqabəti necə poza bilər?

cavab yoxdur
12.11.2024
Ticarət assosiasiyaları normalda üzvlər arasında təcrübə mübadiləsini təşkil edir, ancaq bəzən qeyri-formal şəkildə qiymət razılaşmaları, bazar bölgüsü, ya da kartel müqavilələri üçün platforma ola bilər. Bu rəqabət qanunvericiliyinin pozuntusudur.
0
0
1

Rəqabət hüququnda hakim mövqeli şirkət üçün bazar payı neçə faizdir?

cavab yoxdur
09.12.2024
Ümumi qəbul edilən meyar, şirkətin bazar payı 35-40%-dən yuxarıdırsa, hakim mövqeyə yaxın sayılır. Amma bu rəqəm sektordan asılı olaraq dəyişə bilər. Habelə bazarın quruluşu, rəqiblərin sayı, bazara giriş maneələri də nəzərə alınır. Təkcə faiz kifayət deyil, digər faktorlar da dəyərləndirilir.
0
0
5

Eksklüziv distribyutorluq razılaşmaları nə zaman hüquqa zidd olur?

cavab yoxdur
30.11.2024
Bir şirkət məhsulunu yalnız bir distribyutora vermək üçün müqavilə bağlayırsa və bu, rəqiblərin bazara çıxışını əngəlləyirsə, rəqabət qanunvericiliyini poza bilər. Yəni eksklüzivlik bazarı bağlayırsa, digər istehsalçılar və ya distribyutorlar imkanlarını itirir.
0
0
1

Antiinhisar orqanı hansı səlahiyyətlərə malikdir?

cavab yoxdur
25.11.2024
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, şirkətlərin maliyyə qeydlərini, yazışmalarını, müqavilələrini yoxlamaq, sorğu göndərmək, şahidləri dindirmək kimi hüquqlara sahibdir. Bu səlahiyyətlər antinhisar tədqiqatlarının aparılması üçün nəzərdə tutulur. Əsas məqsəd qanun pozuntusunu sübut etmək və ya bəraət qazandırmaqdır.
Читать далее
0
0
2

Reklam qanunvericiliyi rəqabət hüququ ilə necə əlaqəlidir?

cavab yoxdur
26.12.2024
Haqsız və yanıltıcı reklamlar da rəqabət hüququnun pozuntularına gətirib çıxarır. Bir şirkət özünü olduğundan üstün, rəqiblərini isə alçaldıcı formada təqdim edə bilər. Bu isə istehlakçıları aldatmaqla bazarda ədalətsiz üstünlük qazandırır. Həmçinin yalnış məlumat yaymaq rəqiblərin nüfuzuna xələl yetirir.
Читать далее
0
0
1

Rəqabət məhdudlaşdırıcı şərtləri şirkətlər hansılardır?

cavab yoxdur
17.11.2024
Sahibkarlar bəzən müqaviləyə şərt yazırlar ki, ‘müştəri rəqib şirkətdən mal almasın’ və ya ‘xidmət yalnız bizdən alınsın’. Bu, digər şirkətlərin bazara girişini məhdudlaşdırırsa haqsız rəqabətə gətirib çıxarır.
0
0
1
Hamısını göstər