cavabın tarixi: 11.12.2024
Qoruq və ya milli parklar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabedir. Film çəkilişi üçün bu nazirliyin müvafiq idarəsindən xüsusi icazə alınmalıdır. Onlar mühafizə rejimini, heyvanlara və bitkilərə zərər vermədən çəkiliş aparma qaydalarını müəyyən edir. Həmçinin müvafiq ödənişlər və ya icazə sənədi tələbi ola bilər. Qanunvericilikdə qoruqların qorunması ilə bağlı ciddi tələblər mövcuddur.