cavabın tarixi: 11.12.2024
Qısamüddətli iş (qastrabayter) üçün də ölkənin müvafiq qanunları çərçivəsində iş icazəsi almalısınız. Bəzi ölkələrdə 3-6 aylıq mövsümi iş icazəsi prosedurları sadələşdirilmiş qaydadadır. Lakin rəsmi sənədsiz işləmək qanunsuz hesab olunacaq. İşəgötürəninizin yerli miqrasiya orqanından işə qəbul üçün müraciət etməsi, sizin də viza prosesini keçməyiniz tələb olunur. Bundan sonra rahatlıqla əmək müqaviləsi bağlaya bilərsiniz.