cavabın tarixi: 30.11.2024
Azərbaycan qanunvericiliyi “class action” kimi formalaşmış kollektiv iddiaları tanımır, ancaq bir neçə zərərçəkən eyni predmet üzrə iş birləşdirib müştərək iddiaçı kimi çıxış edə bilər. Hər kəs ayrıca vəkil tuta bilər və ya qrup şəklində bir vəkillə anlaşa bilər. Məhkəmə bu işləri birləşmiş şəkildə araşdıra bilər. Kollektiv müraciətin üstünlüyü xərclərin azalması və dəlillərin birgə qiymətləndirilməsidir.