cavabın tarixi: 15.12.2024
Məktəbəqədər hazırlıq müvafiq dövlət proqramı və ya özəl təşəbbüs əsasında ola bilər. Şikayətinizə ilk cavabdeh qurum təhsil idarəsidir (dövlət bağçası və ya məktəbəqədər mərkəzdirsə). Əgər özəl müəssisədirsə, müqavilə şərtlərinə uyğun olaraq rəsmi ərizə ilə rəhbərliyə, sonra da təhsil şöbəsi və ya məhkəməyə müraciət edə bilərsiniz. Uşağın keyfiyyətli məktəbəqədər təhsili əsas hüquqlardandır.