cavabın tarixi: 27.12.2024
Gəlir şirkətə daxil olduqdan sonra nizamnamə kapitalına uyğun olaraq pay sahiblərinin dividend bölüşdürməsi ümumi yığıncağın qərarı ilə edilir. İstənilən qazanc kimi tenderdən əldə olunan gəlir də bölüşdürülməlidir. Lakin şirkət investisiya vəsaiti kimi saxlayırsa, dividend verməyə də bilər. Minoritar payçı əleyhinə qərəzli qərar olarsa, məhkəmə vasitəsi ilə mübarizə apara bilər. Qərar çoxluğu ilə verilir.