cavabın tarixi: 15.01.2025
Məsləhətdir ki, ‘borcun tam ödənməsinə dair arayış’ alasınız. Bu arayışda mütləq yazılsın ki, bank qarşısında heç bir öhdəliyiniz qalmayıb. Girov varsa, ipoteka qeydiyyatından xitam verən sənədləri də almalısınız. Beləliklə, gələcəkdə bank sizinlə bağlı hər hansı borc iddiası qaldıra bilməz. Sənədləri notarial təsdiq, yaxud bank imza və möhürü ilə öz orijinal blankında verməlidir.