cavabın tarixi: 30.10.2024
Kooperativdə ödənişlər bitməmiş əmlak ümumilikdə kooperativə məxsusdur. Sizin paylı hüququnuz var. Tam borc qurtarandan sonra çıxarış sizin adınıza rəsmiləşdirilir. Sənədsiz də sən mülkiyyətçi sayıla bilərsən, amma rəsmi qeydiyyat üçün tam ödəniş və prosedurları bitirmək gərəklidir. Borc ödənilmədiyi halda kooperativ o mənzilə dair hüququnu saxlayır.