cavabın tarixi: 11.01.2025
KİV-də haqqınızda yalan məlumat yayıldıqda Mülki Məcəllənin müvafiq maddələrinə əsasən məhkəməyə müraciət edə bilərsiniz. Şərəf və ləyaətin müdafiəsi üçün dərc edilmiş məqalənin təkzib edilməsi, üzrxahlıq verilməsi və mənəvi zərərin ödənilməsi tələb oluna bilər. “KİV haqqında” Qanun da bu vəziyyətlə bağlı hükmü təmin edir. KİV-ə ilk növbədə rəsmi şəkildə təkzib məktubu göndərmək, cavab alınmadıqda məhkəməyə ərizə təqdim etmək məsləhətdir.