cavabın tarixi: 22.12.2024
Böyük miqyaslı infrastruktur layihələri üçün ETQ tələb edilir. İçməli su xəttinin çəkilməsi zamanı da meşə fondundan, mühafizə olunan ərazilərdən keçirsə, şübhəsiz icazə və ekoloji baxış zəruridir. Layihənin ətraf mühitə minimal zərərlə icrası vacibdir. Nazirlik mütəxəssisləri ağac kəsiminin qarşısını almaq üçün marşrut alternativlərini təklif edə bilər. Əks halda yarana biləcək zərərlər layihə icraçıları tərəfindən kompensasiya olunmalıdır.