cavabın tarixi: 21.11.2024
Orqan səhvini başa düşüb könüllü şəkildə əvvəlki qərarı ləğv edə bilər. Bu, inzibati mülahizə hüququ daxilindədir. Ancaq bu halda vətəndaşa zərər dəyibsə, kompensasiya tələbi irəli sürülə bilər. Məhkəmə baxışında müəyyən edər ki, həmin qərarın səhv olması nəticəsində vətəndaşa nə qədər maddi və ya mənəvi zərər dəyib. Orqan öz aktını ləğv etməklə yanaşı, zərərin ödənilməsini də təmin etməlidir.