cavabın tarixi: 10.11.2024
İnzibati Xətalar Məcəlləsinə görə tərtib olunan protokolda hadisənin tarixi, vaxtı, yeri, protokolu tərtib edənin səlahiyyəti, sizin şəxsiyyətinizə dair məlumatlar, baş vermiş xətanın təsviri və hüquqi əsaslar göstərilməlidir. Həmçinin şahid varsa, şahidlərin məlumatı da qeyd olunmalıdır. Əgər protokolda bu məlumatlar çatışmırsa və ya yanlış yazılıbsa, məhkəmə prosesində bu fakt sizin lehinizə istifadə edilə bilər.