cavabın tarixi: 21.11.2024
Bəli, məhkəmə hər bir tələbə ayrı-ayrılıqda baxır və qanuna uyğun hesab etdiyini qəbul, digərini rədd edə bilər. Məsələn, aktın ləğvini əsaslı görər, amma zərərin ödənilməsi üçün yetərli sübut yoxdursa, o hissəni rədd edər. Nəticədə qismən təmin etmə qərarı çıxır. Sizin bunu apellyasiya qaydasında mübahisələndirmək hüququnuz var.