cavabın tarixi: 17.12.2024
Qanunda istisna halları vardır: təcili vəziyyətlər, tək istehsalçının olması, məxfi layihələr və ya məhdud hüquqlu patent, lisenziya məsələləri. Həmin hallarda açıqlıq prinsipindən kənara çıxmağa icazə verilir. Lakin bu istisnalar sui-istifadəyə açıqdır. Sifarişçi rəsmi əsaslandırmalı, daxili sənədlərdə həmin istisnanı göstərməlidir. Maraqlanan şirkət bu əsaslandırmanı sorğulaya bilər.