cavabın tarixi: 08.12.2024
Hərbi sirr, ordunun döyüş hazırlığı, silah, şəxsi heyət, dislokasiya və ya xüsusi tapşırıq detalları ola bilər. Onu açıqlamaq Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti yarada bilər. Eyni zamanda Hərbi Nizamnamə də qadağan edir. Sosial mediada paylaşmaq, hətta diqqətsiz şəkildə şəkil çəkmək belə cəza ilə nəticələnə bilər. Bu mövzuda çox ehtiyatlı olmaq tələb olunur.