cavabın tarixi: 26.11.2024
Küçük miqyaslı fərdi günəş panelləri üçün ETQ tələb olunmaya bilər. Amma böyük sahədə günəş elektrostansiyası qurulursa, mütləq Ekoloji Təsirin Qiymətləndirilməsi aparılmalıdır. Çünkü panellərin oturdulduğu torpağın istifadəsi dəyişir, flora-faunaya müəyyən təsiri ola bilər. Layihənin həcmi, gücü nəzərə alınaraq Nazirlik araşdırır. Buna əsasən rəsmi icazə və ya yüngül prosedur tələb olunur.