cavabın tarixi: 30.10.2024
Gəminin sahibi həm heyətin sosial sığorta haqlarını, həm də ümumi vergi öhdəliklərini qanunvericilik əsasında yerinə yetirməlidir. Dənizçilərin əməyi xüsusi rejimə tabe ola bilər, amma ümumi olaraq gəlir vergisi, məcburi sosial sığorta (DSMf) ödənişləri əmək qanunvericiliyi ilə tənzimlənir. Gəminin qeydiyyat ölkəsində vergi dərəcələri dəyişir. Bəzən dənizçi heyəti üçün güzəştlər ola bilər. Həmçinin, gəmi üzən zaman xarici limanlarda da müəyyən rüsum və vergilər ödənilməsi mümkündür.