cavabın tarixi: 02.12.2024
FIFA qaydalarına görə, futbol agenti (menecer) olmaq üçün müvafiq lisenziya ya da assosiasiya icazəsi tələb olunur. Lisenziyasız agentlə bağlanan müqavilə qeyri-rəsmi ola bilər və transfer zamanı problemlər, komissiya münaqişələri, hətta cəzalar ortaya çıxar. Təhlükəsiz olmaq üçün lisenziyalı agent axtarmaq məsləhətdir. Əks halda, nizam-intizam orqanlarının sanksiyaları və müqavilənin etibarsızlığı gündəmə gələ bilər.