cavabın tarixi: 14.12.2024
MMC-nin yaradılması ilə sizin şəxsi məsuliyyətiniz məhdudlaşır, yəni şirkət borclarına görə yalnız nizamnamə kapitalı çərçivəsində cavabdeh olursunuz. Fərdi sahibkar olaraq şəxsi əmlakınız da risk altındadır. MMC brend dəyərini artırır, həmçinin iri korporativ müştərilər daha ciddi yanaşır. Vergi rejimi də bəzən fərqlənir, amma detallı məsləhət üçün vergi mütəxəssisinə müraciət etmək faydalıdır.