cavabın tarixi: 16.01.2025
Qeydiyyat (yaşayış yeri üzrə qeydiyyat) mirasçılıq üçün həlledici meyar deyil. Əsas odur ki, siz hansı qanun zümrəsindəsiniz. Atanızın uşağı kimi bacınız qanuni mirasçıdır və qeydiyyatının harada olmasından asılı olmayaraq pay hüququ var. Bunu istəsə notarial prosesdə və ya məhkəmə yolu ilə sübut edə bilər. Sadəcə rəsmi sənədlərdə övlad olduğunu təsdiqləməsi yetərlidir.