cavabın tarixi: 21.12.2024
Dövlət qulluqçusu statusunda qazandığınız staj həmin qanuna uyğun şəkildə ‘dövlət qulluğu stajı’ sayılır. Sonradan başqa sektor da işləsəniz, bu staj itmir. Pensiya hüququnuza gəldikdə, müəyyən minimal müddət dövlət qulluqçusu olaraq çalışmısınızsa, gələcəkdə dövlət qulluqçusu pensiyası ala bilərsiniz. Amma bu, həmin qanunda müəyyən olunan staj həddinə çatmağınıza və digər tələblərin ödənməsinə bağlıdır.