cavabın tarixi: 17.12.2024
Bəli, Azərbaycan qanunvericiliyinə görə, xarici vətəndaş 15 gündən artıq qalmaq istəyirsə, 15 gün tamam olmadan DMX-də (Dövlət Miqrasiya Xidməti) müvəqqəti qeydiyyata düşməlidir. Onlayn və ya fiziki şəkildə müraciət edilə bilər. Əks halda, ölkədən çıxış zamanı cərimə və ya yenidən giriş qadağası ola bilər. Qeydiyyat pulsuzdur, sadəcə vaxtında etmək gərəkdir. Hər il qaydalar yenilənə bilər, rəsmi saytla yoxlayın.