Dövlət orqanları və özəl qurumlar tenderlərdə firmaların anlaşmalı şəkildə iştirakını istəmir. Bunun üçün elektron tender sistemi, şəffaflıq, rəqabətin təşviqi və anonim qiymətləndirmə metodları tətbiq olunmalıdır. Nəticədə gizli sövdələşmələr çətinləşir.
Sayt administrasiyası
24.12.2024
cavabın tarixi: 24.12.2024
Həmçinin qanun pozuntusu aşkarlanan zaman ciddi cərimələr və tenderdən uzunmüddətli kənarlaşdırma tədbirləri görülür. Rəqabət orqanları tender sənədlərini, qiymət təkliflərini analiz edərək, şübhəli uyğunluqları yoxlayır. Bu isə sağlam rəqabət və dövlət vəsaitlərinin səmərəli istifadəsi üçün vacibdir.
İqtisadiyyatda inhisar, bir şirkətin bazarda müstəsna olaraq böyük paya sahib olması və rəqibləri sıxışdıraraq xidmət və ya məhsulun qiymətini, habelə keyfiyyətini istədiyi kimi tənzimləməsi halıdır. Rəqabət Məcəlləsinə görə inhisar şirkəti, bazarda rəqiblərin daxil olmasına maneələr yaratmağa və istehlakçıların seçimlərini məhdudlaşdırmağa səbəb ola bilər. Bu isə ədalətsiz rəqabət mühitinə gətirib çıxarır.
Qanunvericilikdə rəqabəti məhdudlaşdıran sazişlər dedikdə, iki və ya daha çox sahibkar arasında bazar payını bölüşdürmək, qiymətləri razılaşdırmaq, istehsalı azaltmaq və ya bazara girişə maneə yaratmaq məqsədi ilə edilən gizli razılaşmalar nəzərdə tutulur. Bu cür sazişlər rəqiblərə qarşı qəsdən üstünlük əldə etmək və istehlakçılara zərər vurmaq üçün edilir.
Antiinhisar mübahisəsi araşdırma mərhələsindədirsə və əsaslı şübhələr varsa, orqan bazarda vəziyyəti qaydaya salmaq üçün müvəqqəti tədbirlər təyin edə bilər. Məsələn, şirkətə bəzi əməliyyatları aparmağı qadağan etmək, satışı məhdudlaşdırmaq və s.
Ümumi qəbul edilən meyar, şirkətin bazar payı 35-40%-dən yuxarıdırsa, hakim mövqeyə yaxın sayılır. Amma bu rəqəm sektordan asılı olaraq dəyişə bilər. Habelə bazarın quruluşu, rəqiblərin sayı, bazara giriş maneələri də nəzərə alınır. Təkcə faiz kifayət deyil, digər faktorlar da dəyərləndirilir.
Bir şirkət rəqibin məhsuluna çox bənzər qablaşdırma dizaynı seçir, istehlakçı onları ayırd edə bilmir. Sonda haqsız rəqabətə səbəb olur, çünki müştərilər səhvən o məhsulu alır.
Qlobal texnoloji dəyişikliklər, e-ticarətin sürətli böyüməsi, rəqəmsal platformaların genişlənməsi yeni hüquqi tənzimləmələr tələb edir. Azərbaycanda da bu sahədə yenilənmiş Rəqabət Məcəlləsi layihələri müzakirə olunur, bazar nəzarəti gücləndiriləcək.
Haqsız və yanıltıcı reklamlar da rəqabət hüququnun pozuntularına gətirib çıxarır. Bir şirkət özünü olduğundan üstün, rəqiblərini isə alçaldıcı formada təqdim edə bilər. Bu isə istehlakçıları aldatmaqla bazarda ədalətsiz üstünlük qazandırır. Həmçinin yalnış məlumat yaymaq rəqiblərin nüfuzuna xələl yetirir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, şirkətlərin maliyyə qeydlərini, yazışmalarını, müqavilələrini yoxlamaq, sorğu göndərmək, şahidləri dindirmək kimi hüquqlara sahibdir. Bu səlahiyyətlər antinhisar tədqiqatlarının aparılması üçün nəzərdə tutulur. Əsas məqsəd qanun pozuntusunu sübut etmək və ya bəraət qazandırmaqdır.
Şirkətlər haqsız rəqabət aparırsa, nəticədə bəzi müəssisələr bağlanır, oranın işçiləri işsiz qalır. Bu işçilər rəqabət pozuntusu səbəbindən işsiz qaldıqlarını iddia edərək məhkəməyə müraciət edə bilərlərmi?