cavabın tarixi: 14.12.2024
Bəli, agentlik qüsurlu olarsa, məsuliyyət daşıyır. Viza üçün sənədləri düzgün təqdim etməli, müştərinin məlumatlarını diqqətli yoxlamalı idi. Səhv agentliyin ucbatındandırsa, sizin itirdiyiniz bilet pulu, otel rezervasiya haqları və digər zərərləri kompensasiya etmək öhdəliyi yaranır. Bu barədə yazılı iddia qaldırmağınız, razılaşma alınmazsa məhkəməyə müraciət etməyiniz məsləhətdir. Məhkəmə sübutlarla zərərin məbləğini müəyyən edib agentliyi kompensasiyaya məhkum edə bilər.