cavabın tarixi: 13.11.2024
Dövlət ümumtəhsil müəssisələrində məktəb forması ilə bağlı qərarlar mövcud ola bilər, lakin bunun məcburiliyi rəsmi qaydada təsdiqlənməlidir. Bəzi məktəblərdə forma “məcburi” kimi təqdim edilir, ancaq nazirlik səviyyəsində yayılan təsdiq yoxdursa, bu sadəcə məktəb daxili qaydadır. Əslində valideynlərə alternativ seçim imkanı verilməlidir. Siz məktəb rəhbərliyi və təhsil şöbəsi ilə əlaqə saxlayıb rəsmi qərarın olub-olmadığını aydınlaşdırın.