cavabın tarixi: 26.12.2024
Tələbə könüllü sığorta müqaviləsi bağlamaq istəyirsə, ödəniş edə bilər, amma məcburi deyil. Məcburi sosial sığorta, muzdlu işçinin maaşından və işəgötürənin payından tutulur. Tələbə, sadəcə tələbədirsə, heç bir məcburi sığorta yoxdur. İşə başlayanda işəgötürən onu sığortaya cəlb edəcək. Əgər istərsə, könüllü şəkildə DSMF-yə sığorta ödəyə bilər.