cavabın tarixi: 19.11.2024
Bəraət hökmü sizin günahsız olduğunuzu təsdiqləyir. Kimlərsə sizi hələ də həmin cinayətdə ittiham edirsə, onlar böhtan və ya təhqir törədir. Mülki Məcəllə ilə məhkəmədə təkzib, mənəvi təzminat, üzr istəmə tələb edə bilərsiniz. Bəraət qərarı sübut sayılır, bu səbəbdən qarşı tərəfin iddialarının əsassızlığı asan sübut olunur. Lazım gələrsə Cinayət Məcəlləsi üzrə də hərəkət edilə bilər.