cavabın tarixi: 18.12.2024
Məsələn, telekommunikasiya sektorunda lisenziya sahibi əsas operator ola bilər. Əgər o, rəqiblərinə infrastruktura girişdə maneə yaradırsa və yaxud tarifləri süni şəkildə yüksəldirsə, bu inhisarçılıq hesab olunur. Nəticədə antiinhisar orqanı araşdırma aparır, pozuntu aşkarlanarsa cərimə və qaydalara əməl edilməsi üçün tələblər qoyulur.