cavabın tarixi: 31.12.2024
Hüquqi baxımdan agentlik müqavilələrində maraqlar toqquşması qadağan edilə bilər, lakin qanuni məhdudiyyət ümumi qaydada yoxdur. Əgər müqavilədə gizlilik və rəqiblə işləməmə haqqında bənd yoxdursa, agentlik bir neçə rəqiblə işləyə bilər. Lakin hər iki tərəf də bunu bilirsə və razıdırsa, problem olmur. Vacibdir ki, kommersiya sirri pozulmasın.