cavabın tarixi: 12.01.2025
Stajı ölçən əsas meyar real iş günlərinin toplamıdır, müqavilələrin sayı yox. Eyni ili on dəfə işdən çıxıb girmək stajı artırmır. Mühüm olan uzunmüddətli və real sığorta ödənişləridir. DSMF hər ayın sığorta ödəmələrini ‘gün-gün’ hesablayır. Ona görə də tez-tez işdən çıxıb girmək stajı süni şəkildə artırmır, faydası yoxdur. Hətta sənədlər üst-üstə gəldikdə anlaşılmazlıqlar yarada bilər.