cavabın tarixi: 30.12.2024
Kartın oğurlanması cinayət xarakterlidir. Dərhal polisi məlumatlandırmaq, eyni zamanda bankla əlaqə saxlamaq lazımdır. Polis araşdırma aparar, görüntülər və əməliyyatlar incələnər. Təqsirli şəxs müəyyən edilərsə, Cinayət Məcəlləsinə uyğun cinayət məsuliyyətinə cəlb olunur. Pensiya sahibi bank vasitəsilə mübahisəli tranzaksiyaların bərpasını da tələb edə bilər. Bəzi hallarda bankın özündən ödənişin bloklanması istənilə bilər.