cavabın tarixi: 23.11.2024
Özəl sığorta şirkətləri ilə bağlanmış müqavilələr üzrə verilən birdəfəlik ödəniş dövlət pensiyası hesab olunmur. Bu, şəxs ilə sığorta şirkəti arasındakı mülki müqaviləyə əsasən həyata keçirilir. Dövlətdən aldığınız pensiyaya təsir göstərmir. Sosial sığorta prinsipləri ancaq DSMF və rəsmi ayırmalarla bağlıdır. Özəl sığorta ödənişi əlavə bir təminat hesab edilir, amma rəsmi pensiya yox.