cavabın tarixi: 16.01.2025
Hazırda Azərbaycan qanunvericiliyində ər-arvad arasında sığorta stajının birləşməsi nəzərdə tutulmayıb. Hər kəsin öz sosial sığorta və pensiya hüququ ayrıca hesablanır. Həyat yoldaşınız işləməyibsə, staj yığmayıbsa, yaşlılıq zamanı yalnız sosial müavinət formasında dəstək ala bilər. Alternativ variant könüllü sığorta ödəmələrindən istifadə etməkdir ki, gələcəkdə az da olsa pensiya hüququ yaransın.