cavabın tarixi: 26.10.2024
Əgər müqavilə mahiyyətcə Azərbaycanla bağlıdırsa və ölkə daxilində icra olunursa, adətən Azərbaycan qanunvericiliyi keçərli olur və mübahisələr Azərbaycan məhkəmələrində həll olunur. Əgər xarici tərəflər varsa, onlar öz ölkələrinin məhkəməsini və ya arbitrajı seçə bilərlər. Tərəflər hansı hüququn tətbiq ediləcəyini açıq şəkildə göstərməsə, məhkəmə müvafiq qanun kolliziyası normalarına əsasən qərar verir.