Torpaq sahəsi məktubla başqasına bağışlaya bilərmi? - Vakillar-az.com

Torpaq sahəsi məktubla başqasına bağışlaya bilərmi?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
1

21.11.2024

Yaxın qohumumuz kənddəki torpağını mənim adıma “məktub yazmaqla” verəcəyini deyir. Bu, kifayətdirmi, yoxsa notarial təsdiq vacibdir?

Sayt administrasiyası 23.11.2024
cavabın tarixi: 23.11.2024

Daşınmaz əmlakın – torpaq sahəsinin – mülkiyyətini ötürmək üçün mütləq rəsmi alqı-satqı, bağışlama və ya miras proseduru lazımdır. Sadəcə məktub şəklində imzalı razılıq hüquqi keçid üçün yetərli deyil. Notarius vasitəsilə rəsmi bağışlama müqaviləsi və reyestrdə qeydiyyat aparılmalıdır. Əks halda gələcəkdə mülkiyyət hüququnun tanınması problemli ola bilər.

Похожие вопросы

Ögey ananın miras payı nə qədərdir?

cavab yoxdur
03.12.2024
Atam ikinci dəfə evlənib, bu qadın bizim anamız deyil. Atamın ölümü ilə onun öz həyat yoldaşı kimi pay haqqı varmı, bizim payımızdan çoxmu azmı olur?
0
0
1

Miras bölünməsində azyaşlı uşaqların hüquqları

cavab yoxdur
26.12.2024
Qardaşımın ölümündən sonra onun yeganə övladı, hələ 10 yaşlı qızıdır. Qardaşımın əmlakında bu uşağın hüquqları necə qorunur? Həyat yoldaşı, digər varislər və ya qızın nənə-babası daha artıq pay tələbi qaldıra bilərmi?
0
0
0
Hamısını göstər